Kim düşünə bilərdi ki, XX əsrin ən sirli tablolarının müəllifi kütləvi istehlak məhsulları dünyasında da öz izini qoyacaq?
Salvador Dali 1969-cu ildə bir loqotip yaratdı, hansı ki, həmin loqonu müasir incəsənət muzeyinə heç zaman getməyənlər belə tanıyır. Söhbət uşaqlığın parlaq rəmzinə və şirin sevincinə çevrilmiş əfsanəvi Chupa Chups konfetləri üzərindəki çobanyastığına bənzəyən rəsmdən gedir.
Baki-baku.az portalının məlumatına görə, Chupa Chups şirkətinin qurucusu Enrike Bernatın xahişi ilə rəssam loqonu birbaşa qəzet parçasının üzərində eskiz etmiş və bu eskiz sonradan ikonaya çevrildi. Məhz Dalinin təklifi ilə loqo konfetlərin üz qabığının yuxarı hissəsində yerləşdirildi ki, daim göz önündə olsun. Bu inqilabi ideya idi: firmanın qırmızı-sarı rəngli çiçək formalı loqosu dərhal diqqəti cəlb etdi və yüzlərlə rəqibin içində Chupa Chups-u fərqləndirirdi.
Hacı Cavadov