Qədim Yunanıstanda təşkil olunan Olimpiya oyunları təkcə güc və dözümlülük meydanı deyildi. Bu yarışlar həm də ellinizm dövrü ruhunun bir güzgüsü idi –bədən və ağlın gücü birləşirdi. O dövrün bir çox mütəfəkkirləri — Demosten, Demokrit, Sokrat, Aristotel və hətta təbabət elminin atası sayılan Hippokrat — özlərini sınamaq üçün Olimpiya stadionlarında meydana çıxırdılar.
Onların arasında bir nəfər xüsusilə seçilirdi: antik fəlsəfənin simvoluna çevrilmiş Platon həm də Olimpiya çempionu olmuşdu. O, güləş fəndlərindən və yumruq zərbəsindən dan istifadə edilən döyüş idman növü — pankration yarışlarında qalib gəlmişdi. Bu, yalnız bədənin deyil, həm də ruhun sınağı idi; qətiyyət, möhkəm xarakter və strateji təfəkkür tələb edirdi.
Hacı Cavadov