Vətənpərvər, iradəli və bir qədər qəmgin — dünya Uinston Çörçilli məhz bu cür xatırlayır, XX əsrin ən tanınmış fotolarından biri sayılan o məşhur portretdə. Bu şəkil 1941-ci ildə, onun Kanadanın İcmalar Palatasında etdiyi alovlu çıxışdan dərhal sonra çəkilmişdi.
Baki-baku.az xəbər verir ki, baş nazir studiyaya daxil olan kimi, fotoqrafı xəbərdar etdi: cəmi iki dəqiqən var! Və dərhal siqarasını yandırdı.
Fotoqraf, əfsanəvi Yusif Karş, siqara kənara qoyulsun deyə nəzakətlə xahiş etdi, lakin qəti “yox” cavabı aldı. O zaman Karş cəsarətli bir hiyləyə əl atdı: guya işıq ölçmək bəhanəsi ilə Çörçilə yaxınlaşdı və… ani bir hərəkətlə siqara çubuğunu onun ağzından çıxardı. Elə həmin anda — işıq partladı! Kadrda isə baş nazirin tamamilə təəccüblənmiş və açıq-aşkar qəzəbli ifadəsi əbədiləşdi.
Cəmi bir neçə saniyə sonra Çörçill artıq gülümsəyirdi və daha sakit bir portret də çəkildi. Amma məhz həmin “qəzəbli” foto dünyanı dolaşdı və Britaniya aslanının əyilməz xarakterinin simvoluna çevrildi. Beləliklə, bir məharətli hiylə rəsmi bir səfəri əfsanəvi bir tarixə çevirdi.
Hacı Cavadov