Nəşr edilmişdir 07/11/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Arıqlamaq üçün səhər yeməyinin əsas komponentləri

Arıqlamaq istəyən insanlar üçün səhər yeməyi düzgün planlaşdırılsa, artıq çəkidən qurtulmaq daha asan ola bilər.

Baki-baku.az bu barədə rusiyalı diyetoloq Yuliya Çexonina bildirib.

O qeyd edib ki, səhər yeməyi gün ərzində enerji balansını tənzimləyir, həddindən artıq yeməyin qarşısını alır və maddələr mübadiləsini sürətləndirir.

“Səhər acqarına bir stəkan su içmək mədə fəaliyyətini aktivləşdirir. O da öz növbəsində həzm prosesinə müsbət təsir göstərir. Səhər içilən kofe qan damarlarına faydalı təsir edir və bədənin oyanmasına kömək edir”, – deyə Çexonina qeyd edib.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyi yuxudan oyandıqdan ən gec yarım saat sonra qəbul edilməlidir. Bu zaman menyuda mütləq zülalla zəngin qidalar – yumurta, kəsmik və ya yoğurt yer almalıdır.

Diyetoloq sıyıqları şəkərlə deyil, təbii alternativlərlə – giləmeyvə və ya quru meyvələrlə şirinləşdirməyi tövsiyə edib.

Mütəxəssisin fikrincə, bu sadə qaydalara əməl etməklə səhər yeməyi bədəni formada və sağlam saxlamaq, arıqlamaq istəyənlər üçün mühüm vasitəyə çevrilə bilər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır

Ən son

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib