Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib

Bakı Enerji Həftəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulandı.
“Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edildi, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirildi.
Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verildi.
Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində Qurban bayramı günü, iyunun 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.