2025-ci ilin yanvar-aprel aylarında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 91 min 474 əcnəbi ziyarət edib.
Baki-baku.az Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə “Yanardağ”a 9579 yerli vətəndaş gəlib və ümumilikdə 8561 ödənişsiz ziyarət həyata keçirilib.
Həmçinin ötən ay ziyarət edənlərdən 3016 nəfər yerli, 34 min 537 nəfər əcnəbi vətəndaş olub. Apreldə 4132 nəfər ödənişsiz ziyarət edib.