Nəşr edilmişdir 04/24/2025

Paylaşın

GÜNDƏM

Yeni Papanın seçilməsi üçün ilkin tarix açıqlandı

IMG-20250424-WA0180

Roma Papası Fransiskin vəfatından sonra konklavın (yeni Papa seçkisinin) mayın 5-də başlanması gözlənilir.

Baki-baku.az-ın verdiyi məlumata görə, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, bu tarix dəfn mərasimindən sonra yekun olaraq təsdiqlənəcək.

Vurğulanır ki, Vatikanda keçirilən kardinal yığıncağında novendial (9 günlük matəm mərasimi) mayın 4-dək davam edəcək. Bu dövrdə hər gün Müqəddəs Pyotr kilsəsində dini mərasimlər keçiriləcək.

Kardinallar Kollegiyası 252 kilsə knyazından ibarətdir, onlardan 135-i səs vermək hüququna malik olaraq konklavda iştirak edəcəklər. Bunlara 80 yaşadək olan kardinallar aiddir və onların hər biri Papa taxtına potensial namizəd hesab edilə bilər. Konklav Sikst kapellasında keçirilir. Hər gün dörd səsvermə olacaq. Roma Papası seçilmək üçün səslərin üçdəikisini toplamaq lazımdır. Roma Katolik Kilsəsinin yeni başçısının seçilməsi haqqında Müqəddəs Pyotr meydanından yaxşı görünən borudan çıxan ağ tüstü xəbər verir.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi insult və ürəyin dayanması göstərilir. O, vəsiyyətinə uyğun olaraq, Santa-Maria-Madjor kilsəsində dəfn ediləcək. Dəfn mərasimi 26 apreldə keçiriləcək. Fransiskin vətəni olan Argentinada onun ölümü ilə əlaqədar bir həftəlik matəm elan edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.

Ən son

GÜNDƏM

Dejavü sadəcə bir beyin “səhvi” kimi görünə bilər, amma əslində o, insan yaddaşının necə mürəkkəb

GÜNDƏM

Dejavü sadəcə bir beyin “səhvi” kimi görünə bilər, amma əslində o, insan yaddaşının necə mürəkkəb