Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/27/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb

IMG-20250227-WA0142

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb.
Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq, ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.
Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Ən son

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin