Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
Baki-baku.az xəbər verir ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.
Hələ axşam saatlarından xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Həmçinin kommunal strukturların əməkdaşları tərəfindən buz bağlamış səkilərin, pilləkənlərin, metro stansiyaların, avtobus dayanacaqlarının, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi işləri də həyata keçirilir.