Nəşr edilmişdir 12/27/2024

Paylaşın

GÜNDƏM

Bu gün Suraxanıda işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Zığ qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar dekabrın 27-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin Cəlilabad və Lənkəran şəhərinin bəzi qəsəbə və kəndlərində də elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür.

Ən son

GÜNDƏM

Romalıların yemək yeyərkən uzandığını göstərən təsvirlər həmişə diqqətinizi çəkmiş ola bilər.

GÜNDƏM

Romalıların yemək yeyərkən uzandığını göstərən təsvirlər həmişə diqqətinizi çəkmiş ola bilər.