Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/20/2024

Paylaşın

GÜNDƏM

“Bakı Metropoliteni”nə yeni sədr təyin olunub

Bakı Metropoliteni

Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” QSC-yə sədr təyin edilib.
Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Vüsal Aslanov 2016-cı ilin iyulun 20-dən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin “Maastricht School of Management” ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.
2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə hərbi xidmətdə olub. 2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib.
Evlidir, 3 övladı var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

İdman

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Napoli”yə qarşı oyundan

İdman

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Napoli”yə qarşı oyundan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin