Simon Fraser Universitetinin (Kanada) nanolaboratoriyasının mütəxəssisləri dünyanın ən kiçik kitabını yaradıblar. Bu kitabda yazılanları oxumaq üçün elektron mikroskopdan istifadə etmək lazımdır.
Çünki bu miniatür kitabın ölçüləri cəmi 0,07 × 0,1 millimetrdir. “Teeny Ted from Turnip Town” adlı nəşr, Ginnesin Rekordlar Kitabına düşmüş digər iki kitabdan da nazik və kiçikdir: biri 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunda hazırlanmış Yeni Əhdi-Cədid (5×5 mm), digəri isə 2002-ci ildə Palkoviç tərəfindən nəşr edilmiş Çexovun “Xameleon” əsəridir (0,9×0,9 mm).
Bu ən kiçik kitabın yaradılması ideyası nəşriyyatçı Robert Çaplin tərəfindən irəli sürülüb və bu işdə ona professor Li Yanq və Karen Kavanagh rəhbərliyindəki Simon Fraser Universitetinin alimləri yardım ediblər.
Kitabın hazırlanmasında gallium ionları şüası və elektron mikroskop istifadə olunub. 7 nanometr diametrə malik olan bu şüa hər bir hərfin ətrafındakı sahəni oymaq üçün proqramlaşdırılıb. Kitab 30 mikrotablıçkadan ibarətdir və hər biri cilalanmış silisium parçasının üzərində oyulub. Ümumilikdə bu nano-nəşrin 100 nüsxəsinin buraxılması planlaşdırılır.
Kitabın adi məzmunu da var. Onun adı – “Teeny Ted from Turnip Town” – tərcümədə “Şalğam Şəhərindən Balaca Ted” deməkdir. Bu, uşaqlar üçün yazılmış nağıldır və əsas qəhrəmanı yeniyetmə Ted-dir. Kitabın müəllifi – Malkolm Duqlas Çaplin, ideyanın müəllifi isə onun qardaşı – nəşriyyatçı Robert Çaplindir.
Kağız əvəzinə kitabda keramik mikrotablıçkalar, mürəkkəb əvəzinə isə fokuslanmış helium ion şüası istifadə olunub (şüanın diametri 7 nanometrdir). Vancouver Sun qəzeti bu kitabın qiymətini 20 min dollar dəyərində qiymətləndirib. Amma bu da hamısı deyil — kitabın mətnini oxumaq üçün 8000 dəfə böyüdə bilən elektron mikroskopa ehtiyac var.