Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2025

Paylaşın

GÜNDƏM

25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür

Azərbaycanda 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu gün 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib və Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi tarixə həsr olunub. Bu il şəhərin işğaldan təmizlənməsindən beş il keçir.

Kəlbəcərin Azərbaycana qaytarılması Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu əməliyyatları nəticəsində mümkün olub. 2020-ci il 10 noyabr bəyanatına əsasən rayon 15 noyabrda təhvil verilməli idi. Ermənistan tərəfinin əlavə vaxt istəməsi ilə, Azərbaycanın humanist mövqeyi və Rusiya Prezidentinin xahişi nəzərə alınaraq bu müddət 25 noyabra qədər uzadıldı.

27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və yüzlərlə şəhər, kənd və strateji ərazi azad edildi. Kəlbəcərin geri qaytarılması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi də daxil olmaqla bütün müvafiq sənədləri faktiki olaraq özü icra etmiş oldu.

Kəlbəcər 1993-cü ilin aprelindən işğal altında idi. Martın 23-dən aprelin 3-dək gedən döyüşlərdən sonra 60 min sakin rayonun tərk edilməsinə məcbur olmuşdu. İşğal dövründə 147 yaşayış məntəqəsi, 13 minə yaxın ev, 37 852 hektar meşə sahəsi talan edilib, flora və faunaya, qorunan təbiət ərazilərinə ciddi ziyan vurulub. Su hövzələri çirkləndirilib, yerüstü və yeraltı təbii sərvətlər məqsədli şəkildə istismar olunub.

Rayonun zəngin təbii ehtiyatları – Söyüdlü (Zod) yatağında 112,5 ton, Ağduzdağ və Tutxun yataqlarında isə 13 tondan artıq sənaye əhəmiyyətli qızıl ehtiyatı – uzun illər Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istifadə edilib.

Bu gün Kəlbəcərin azadlığı və yenidən qurulması Azərbaycanın tarixi ədalətinin və dövlətçilik iradəsinin mühüm rəmzlərindən biridir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil

Ən son

GÜNDƏM

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə

GÜNDƏM

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin