Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

2030-cu ilədək paytaxtda bütün avtobuslar elektrik mühərrikli olacaq

8B6B20C6-A262-4A84-B06E-00EF81914F4B

2030-cu ilədək bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənəcək.
Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramında bildirilir ki, Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
İctimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.

Belə ki, ötən il ərzində ölkəyə 160 müasir elektrik mühərrikli avtobus idxal edilib, bu isə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənməsi hədəfinin icrası istiqamətində mühüm addım olub. İdxal olunmuş elektrikli avtobuslarla yanaşı, cari ildən etibarən sözügedən avtobusların ehtiyat hissələrinin yerli bazarda istehsalının təşkili də prioritet hesab olunur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Ən son

GÜNDƏM

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin

GÜNDƏM

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

GÜNDƏM

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması