Nəşr edilmişdir 03/03/2025

Paylaşın

GÜNDƏM

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd ediləcək

IMG-20250303-WA0127

Səudiyyəli astronom Xalid əl-Zaqaq bildirib ki, müsəlmanlar 2030-cu ildə bir ildə iki dəfə müqəddəs Ramazan ayının gəlişini qeyd edəcəklər. Bunun səbəbi İslam Hicri təqviminin ay dövrlərinə, Miladi təqvimin isə Yerin Günəş ətrafında dövr etməsi siklinə əsaslanmasıdır.
Baki-baku.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.
“İki təqvim arasındakı fərq Milad təqvimində Ramazan ayının hər 30 ildə bir dəfə təkrar olunacağını göstərir. Bu, sonuncu dəfə 1997-ci ildə, ondan əvvəl isə 1965-ci ildə baş verib. Beləliklə, Hicri 1451-ci ildə Ramazan ayı Miladi təqvimlə 2030-cu il yanvarın 5-də başlayacaq, həmin il dekabrın 26-da müsəlmanlar yenidən müqəddəs ayın gəlişini qeyd edəcəklər. Bu, müsəlmanların 2030-cu ildə təxminən 36 gün – Hicri 1451-ci il üçün 30 gündən ibarət tam ay və 1452-ci il üçün təxminən altı gün oruc tutması ilə nəticələnəcək”, – deyə astronom qeyd edib.

Astronom bildirib ki, Hicri qəməri ili 354 və ya 355 gün davam edir, yəni 365 gün olan Miladi təqvimlə dəqiq uyğun gəlmir. Bu, həm də o deməkdir ki, Ramazan hər il müxtəlif fəsillərə düşür və təqribən 32 illik dövrələrlə davam edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.