Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq

IMG-20250130-WA0111

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.

Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.

Ötən dövr ərzində dəmir yolunda gündəlik ötürücülük qabiliyyətinin və reys saylarının artırılması çərçivəsində 10 ədəd əlavə sərnişin qatarı Bakıya artıq gətirilib və beləliklə, ümumi qatar sayı 20-yə çatdırılıb. Gətirilən qatarların 4-ü Abşeron dairəvi dəmir yolu xəttinə daxil edilmək üçün nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin