Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq

IMG-20250130-WA0111

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.

Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.

Ötən dövr ərzində dəmir yolunda gündəlik ötürücülük qabiliyyətinin və reys saylarının artırılması çərçivəsində 10 ədəd əlavə sərnişin qatarı Bakıya artıq gətirilib və beləliklə, ümumi qatar sayı 20-yə çatdırılıb. Gətirilən qatarların 4-ü Abşeron dairəvi dəmir yolu xəttinə daxil edilmək üçün nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 2026-cı il üzrə dövlət büdcəsindən təhsilə ayrılacaq vəsait açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, gələn il bu sahəyə

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az xəbər verir ki, molyuskların seliyinin birbaşa dəriyə çəkilməsi allergik reaksiyalar, infeksiyalar və hətta mexaniki

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az xəbər verir ki, molyuskların seliyinin birbaşa dəriyə çəkilməsi allergik reaksiyalar, infeksiyalar və hətta mexaniki
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin