Nəşr edilmişdir 02/13/2025

Paylaşın

GÜNDƏM

2025-ci ilin ilk Bestsellerləri

2025-ci ilin ilk Bestsellerləri

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda 4 dildə ən çox satılmış kitablardan sizə bəhs edəcəyik.

2025-ci ilin ilk Bestsellerləri

Azərbaycan dilində ən çox satılan kitablar bunlardır:

1. “Relslər üzərində uzanmış adam” Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanıdır. Romanda relslər üzərində intahara qərar vermiş 2 yad insanın keşməkeşli həyat yolundan bəhs edilir. Əsər 2018-ci ildə ingilis dilinə tərcümə edilmiş və “The Man On The Rails” adı ilə tanınmışdır. 

2. “Kimyagər” romanının müəllifi Brazilyalı yazıçı Paulo Koelyodur. Romanda Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol və bütün maneələrə baxmayaraq insanın bu yolla getməli olduğundan bəhs edilir. Əsərdə bu cümlə, xüsusilə, diqqəti cəlb etmişdir: “İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmaqdır…” 

3. “Hakimiyyətin 48 qanunu” amerikalı yazıçı Robert Qrin tərəfindən 1998-ci ildə nəşr olunmuşdur. Robert Qrin tarixdəki hökmdarları, sərkərdələri, diplomatları və sahibkarları araşdıraraq, hakimiyyət qazanmaq və onu qorumaq üçün 48 qanunu müəyyənləşdirir. Bu qanunlar siyasətdə, biznesdə və gündəlik həyatda tətbiq oluna bilər. Kitab real tarixi nümunələrlə zəngindir. 

4. “Bəyaz gecələr” məşhur rus yazıçısı Fyodor Dostoyevskinin qısa romanıdır. Əsər məktub şəklində yazılıb və hadisələr  qəhrəmanın öz dilindən nəql olunur. Adsız bir xəyalpərəstin 4 gecə və 1 səhərdən ibarət 5 günündən danışılır.

2025-ci ilin ilk Bestsellerləri

Rus dilində ən çox satılan kitablar arasında isə bu kitablar var :

1. “Норвежский лес”, yəni “Norveç meşəsi” yapon yazıçısı Haruki Murakaminin ən məşhur romanlarından biridir. Əsər 1987-ci ildə nəşr edilmişdir. Əsər sevgi, itki və özünü tapmaq haqqında təsirli bir süjetə malikdir. Kitab oxucuda həyatın kövrəkliyi, gözəlliyi və ağrısı haqqında dərin düşüncələr yaradır. 

2. “Искусство любви”, yəni “Sevmək sənəti” alman filosofu Erich Frommun 1956-cı ildə ən məhşur kitabıdır. Bu kitabda müəllif sevgini sadə bir hiss kimi yox, bilik, səy tələb edən bir sənət kimi təsvir etmişdir. 

3. “Hakimiyyətin 48 qanunu” kitabı rus dilində də ən çox satılan kitablar sırasındadır.

2025-ci ilin ilk Bestsellerləri

İngilis dilində ən çox satılan kitablar bunlardır : 

1. “Mimi and Ary” uşaq ədəbiyyatından ən çox satılanlar sırasındadır

2. “Religious in the Caucasus” kitabında Qafqazın coğrafi məkanı, yerli dini adət-ənənələri, etnik müxtəliflik, ümumiyyətlə, Qafqaz həyatından bəhs edən kitabdır. 

3. “The Great Gatsby” amerikalı yazıçı Frensis Skott Fitsceraldın 1925-ci ildə nəşr edilmiş romanıdır. Romanda Birinci Dünya müharibəsindən sonra ABŞ iqtisadiyyatının sürətlə inkişafından bəhs edən əsərdə həmin dövrdə cəmiyyətdəki əxlaqsızlığı göstərməyə çalışmışdır.

2025-ci ilin ilk Bestsellerləri

Türk dilində satılan kitablar isə bunlardır:

1. “Beden kayıt tutar” elmi kitabında travmaların düşüncələr və bədən üzərindəki təsirlərindən və travmalardan sonra nə edilməsi haqqında bəhs edilir. Müəllifi Bessel A. Van Der Kolkdur.

2. “Gece Yarısı Kütüphanesi” Matt Haig tərəfindən yazılmış, 2020-ci ildə nəşr olunmuş kitabdır. Romanda fərqli seçimlər etsəydi, sahib olacağı həyatları sınamaq şansı olan, bədbəxt 35 yaşındakı ingilis qadınından bəhs edilir.

3. “Rezonans kanunu” Pierre Franckhın kitabıdır. Rezonans qanununa görə sizə arzularını gerçəkləşdirməyə maneə olan sərhədlər qəlbinizdədir. Yazıçı bunun öhdəsindən necə gəlməli olduğunuz barədə tövsiyələr verir.

Ümumiyyətlə, yanvar və fevral aylarında oxuculara həm müasir, həm də klassik romanlar maraqlandırmışdır. Bununla yanaşı, şəxsi inkişaf və fəlsəfə kitabları da diqqəti cəlb etmişdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ən son

GÜNDƏM

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda

GÜNDƏM

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda