Nəşr edilmişdir 06/11/2025

Paylaşın

GÜNDƏM

150 ilin sədası

“Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib

İyunun 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ADA Universitetinin və “Ədibin evi”nin birgə təşkilatçılığı ilə “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub.
Elmi sessiyanı açan muzeyin direktoru akademik Rafael Hüseynov “Bu günümüzə qayıdan söz abidələri” mövzusunda çıxış edib.
Son illər ADA Universitetinin təşəbbüslərindən biri Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək üçün başlatdığı transliterasiya layihələridir. Elmi sessiya çərçivəsində ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnalları ictimaiyyətə təqdim edilib. ADA Universitetinin müasir əlifbamızda, izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdiyi jurnallar həm mətbuat və təhsil tariximizin bir parçasının işıqlandırılmasına, həm də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət edib.
Tədbirdə elm və mədəniyyət xadimləri, tədqiqatçılar iştirak ediblər.
Elmi sessiya ADA Universitetinin rektoru Hafiz Paşayevin, “Ədibin evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın, İctimai-siyasi sənədlər arxivi, Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın, tərcüməçi, filoloq, transliterasiya edib nəşrə hazırlayan Azad Ağaoğlunun və Ədəbiyyat Muzeyinin elmi işçisi Aytən Hüseynovanın çıxışları ilə davam edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gündə 24 saat olan bir dünyada elə bir yer var ki, orada nədənsə bu müddət 26 saatdır.

Ən son