Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/23/2025

Paylaşın

GÜNDƏM

11 ayda Şəki Reabilitasiya Mərkəzində 7500-dən çox şəxsə xidmət göstərilib

Şəki Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə kompleks tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan regional reabilitasiya müəssisədir.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva Baki-baku.az-ın Şəkiyə ezam olunmuş müxbirinə açıqlamasında deyib
O bildirib ki, müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla, toplam 14 çarpayıdan ibarət stasionar tutuma malik olaraq, əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi, cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicəvi idmana cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində bir sıra işlər görülür.
“Mərkəzdə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur.
Cari ilin 11 ayı ərzində Şəki Reabilitasiya Mərkəzi tərəfindən 7 632 nəfərə reabilitasiya xidməti göstərilib. Bunlardan 4636 nəfəri ambulator xidmət üzrə, 357 nəfəri stasionar xidmət üzrə, 1 506 nəfəri onlayn xidmət üzrə, 1020 nəfəri icma əsaslı xidmət üzrə, 111 nəfəri səyyar xidmət üzrə, 2 nəfəri isə sosial-psixoloji dəstək layihəsi üzrə xidmətdən yararlanıb.
Həmçinin Son 3 il ərzində Şəki Reabilitasiya Mərkəzi tərəfindən 19 min 965 nəfərə reabilitasiya xidmətləri göstərilib. Postmüharibə dövründə Şəki Reabilitasiya Mərkəzi tərəfindən 141 nəfər (63 nəfər unikal) müharibə veteranına reabilitasiya xidmətləri göstərilib”, – deyə baş mütəxəssis qeyd edib.
A. Abdullayeva diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Şəki Reabilitasiya Mərkəzi ilə yanaşı, ölkənin müxtəlif regionlarında Xaçmaz, Lənkəran, Şirvan, Yevlax, Naftalan, Qəbələ, Şəmkir şəhərlərində də eyni tipli Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Cari ilin 11 ayı ərzində həmin mərkəzlərdə ümumilikdə 130 min 52 nəfərdən çox Əlilliyi olan şəxslərə, vətəndaşlara Reabilitasiya Xidmətləri ilə əhatə olunub.
O, əlavə edib ki, əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə cari ildə yeni “RehaBus” nəqliyyat xətti istifadəyə verilib: “Bu xidmət çərçivəsində nümunə olaraq, Gəncə və Şəmkir regionlarında yaşayan və habelə bu regionalara yaxın ərazilərdə yaşayan, nəqliyyat problemləri olan əlil şəxslər müəyyən edilmiş müvafiq dayanacaqlardan götürülərək, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Reabilitasiya Xidmətlərinin icrası müddətində avtobus mərkəzdə gözləyir və xidmətlər başa çatdıqdan sonra, vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Ümumilikdə isə iki istiqamət üzrə “RehaBus” xətti fəaliyyət göstərir”.

Xanım Aydın

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin