ABŞ-də Şekspirin kitabı 100 ildən sonra kitabxanaya qaytarıldı.
Baki-baku.az bu barədə UPI-yə istinadən xəbər verir.
Paterson şəhər kitabxanasına Uilyam Şekspirin “Kral V Henrinin həyatı” əsərinin 101 il əvvəl oxucuya verilmiş nüsxəsi qaytarılıb. Sintiya Deley nənəsi Arlinin əşyalarını araşdırarkən həmin kitabı tapıb və onun 1923-cü ildə götürüldüyünü müəyyən edib.
O, kitabı Sintiya kitabxanasına geri qaytarıb.
“Kitabxana materiallarını qaytarmaq üçün heç vaxt gec deyil”, – deyə kitabxananın direktoru Kori Fleminq bildirib.
Qeyd edək ki, Şekspirin bu kitabı 1910-cu il nəşri kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir və məhdud tirajdadır.
Baxış sayı: 229