Azerbaijani language 🇦🇿 |
Russian language 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Опубликовано 04/02/2026

Поделитесь

КУЛЬТУРА

Altay Hacıyev — qrafika sənətinin ustadı və milli ənənələrin keşikçisi — BAKILILAR

Altay Hacıyev (2 aprel 1931, Bakı — 12 fevral 2019) — Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, milli qrafika və rəngkarlığın inkişafına mühüm töhfələr vermiş xalq rəssamıdır.

O, Bakıda rəssam ailəsində doğulub. Atası Əmir Hacıyev əməkdar rəssam idi və «Azərnəşr» nəşriyyatında baş rəssam vəzifəsində çalışırdı. Rəssamın bibisi Bədurə Əfqanlı xalq rəssamı idi və Dövlət Milli Dram Teatrında fəaliyyət göstərirdi. Əmisi Arif Ağamalov isə tanınmış monumentalist rəssam idi. Ümumilikdə ailədə səkkiz rəssamın olması gələcək ustanın yaradıcılıq xəttini əhəmiyyətli dərəcədə müəyyən etmişdi.

Hacıyevin uşaqlığı Bakının Aziatski küçəsində (sonralar Əlövsət Quliyev küçəsi) keçib. O xatırlayırdı ki, həmin vaxtlar Bakıda bitki örtüyü və asfalt yox idi, küçələr daş döşəmə ilə örtülmüşdü. Külək qalxanda toz-torpaqdan küçədə gəzmək mümkün olmurdu. Məişət çətinliklərinə baxmayaraq, həyat çox səmimi və maraqlı keçirdi: bir neçə ailə vahid bir icma kimi yaşayır, uşaqlar vaxtlarını bir yerdə keçirirdilər.

Böyük Vətən Müharibəsi illərində onun ailəsi Təbrizə göndərilir. Təbrizdə atası müəllimlik edir, bir neçə dili mükəmməl bilən anası Səyyarə xanım isə tərcüməçi işləyir. Məhz bu dövrdə gələcək rəssam regionun güclü rəssamlıq məktəbi ilə tanış olur.

1951-ci ildə Altay Hacıyev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirir. Bundan sonra o, «Azərnəşr» respublika kitab nəşriyyatında tərtibatçı — rəssam kimi fəaliyyətə başlayır.

Ali sənət məktəbinə qəbul olmaq isə asan başa gəlmir. Əvvəlcə Moskvada, sonra isə Kiyevdə şansını yoxlasa da, müharibə iştirakçılarına üstünlük verən müsabiqə məhdudiyyətlərinə görə qəbul ola bilmir. Buna baxmayaraq, dekanın təkidilə altı ay boyunca dərslərdə azad dinləyici kimi iştirak edir. Onun işləri daim ən yaxşılar kimi tanınır və nəticədə müsabiqədənkənar ali məktəbə qəbul edilir.

1954–1959-cu illərdə Hacıyev Kiyev Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil alır və 1959-cu ildə oranı uğurla bitirir.

Elə həmin ildən etibarən respublika və beynəlxalq səviyyəli sərgilərdə fəal iştirak etməyə başlayır, 1960-cı ildə isə SSRİ Rəssamlar İttifaqının üzvü olur. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsini tutur.

Altay Hacıyev haqlı olaraq Azərbaycanda qrafika sənətinin banilərindən biri hesab olunur.

Onun yaradıcılıq irsi həm dəzgah qrafikasını, həm də rəngkarlığı əhatə edir. Rəssam daha çox xalq motivlərinə, portretlərə, tarixi obrazlara və ölkənin görkəmli şəxsiyyətlərinə üstünlük verirdi.

Yaradıcılığında poeziya və sənət diyarı olan Qarabağ xüsusi yer tutur. O, dəfələrlə Xurşidbanu Natəvanın obrazına müraciət edərək, hər dəfə onun xarakterinin dərinliyini və lirizmini açan yeni bədii obrazlar yaradırdı.

Ustanın mühüm töhfələrindən biri də «Azərbaycan. Doğma mahnılar» seriyasından olan «Aşıqlar», «Bahar», «Payız», «Ceyranlar» linoqravüralarıdır. Bu işlər lirizmi, ifadəliliyi və yüksək bədii mədəniyyəti ilə seçilir.


Hacıyevin kitab qrafikası və illüstrasiya sahəsindəki fəaliyyəti də xüsusi diqqətəlayiqdir. Onun əsərləri dəqiq kompozisiyası, zəngin rəng palitrası və xalq yaradıcılığına dair dərin bilikləri ilə fərqlənirdi.

Rəssamın gəncliyi ilə bağlı maraqlı bir epizod Mir Cəfər Bağırovla əlaqədardır. Rəssam danışırdı ki, bir dəfə Çəmbərəkənddə bibisinin evinin damında rənglərini və kətanını hazırlayıb şəhərin mənzərəsini çəkirmiş. Həmin vaxt Hacıyev Əzim Əzimzadə adına rəssamlıq məktəbinin ikinci kursunda oxuyurdu və 18 yaşı var idi. Bu ev respublikanın Mərkəzi Komitəsi ilə üzbəüz yerləşirdi. Sən demə, onun rəsm çəkərkən etdiyi hərəkətləri Azərbaycan Ali Sovetinin sədri Mir Cəfər Bağırov öz kabinetinin pəncərəsindən görübmüş. Rəssamın tez-tez irəli-geri hərəkət etməsi Bağırovda şübhə yaradır və o, məsələni araşdırmağı tapşırır.

Altay Hacıyevi komendantlığa gətirib soruşurlar: «Sizə bu tapşırığı kim verib?». O, casus zənn edildiyi üçün böyük təəccüb içində qalır. Xoşbəxtlikdən, Mərkəzi Komitənin təbliğat şöbəsində çalışan yaxın qohumu İlyas Bağırov rəssamı faktiki olaraq xilas edir. Hacıyev həmin günləri «Ağır zəmanə idi» deyərək xatırlayırdı.

Altay Hacıyevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib: 1982-ci il: «Əməkdar rəssam» fəxri adı; 2002-ci il: «Xalq rəssamı» fəxri adı; 2004-cü ildən: Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Rəssamın əsərləri həm Azərbaycanda, həm də xaricdə nümayiş etdirilib, müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun bədii fəlsəfəsinin əsasını xalqın ənənələrinə və mənəvi irsinə qayğıkeş münasibət təşkil edirdi.

12 fevral 2019-cu ildə Altay Hacıyev 88 yaşında vəfat edərək özündən sonra zəngin və əhəmiyyətli bir sənət irsi qoyub getmişdir.

Hacı Cavadov

ПОХОЖИЕ НОВОСТИ

Tərcüməçi-müxbir

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Как сообщает Baki-baku.az, cоответствующее распоряжение подписал Ильхам Алиев, предусматривая меры по развитию горнодобывающей и металлургической промышленности страны.

Самое новое

ПОВЕСТКА ДНЯ

Как сообщает Baki-baku.az, Президент Азербайджана Ильхам Алиев подписал соответствующее распоряжение.

ПОВЕСТКА ДНЯ

ЗАО "Бакинский метрополитен" в основные праздничные дни 20-24 марта перевезло 1 млн 969 тыс. 740
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin