Nəşr edilmişdir 01/15/2025

Paylaşın

GÜNDƏM

Zibillikdə tapılan kitab 40 min funt sterlinqə satılacaq

707BF0E1-7C2A-49CE-8CD5-ECB32C269F8D

İngiltərədə “Harri Potter və Fəlsəfə Daşı”nın ilk nəşri son anda zibillikdən çıxarılıb.
Baki-Baku.az bu barədə BBC-yə istinadən xəbər verir.
Məluata görə, indi sahibləri onun sayəsində hərracda təxminən 40 min funt sterlinq əldə etməyi planlaşdırırlar.
Nadir nəşri NLB auksion evinin meneceri Daniel Pirs Brikshem şəhərindən olan mərhum naməlum kişinin əşyaları arasından tapıb. Kitab utilizasiya üçün nəzərdə tutulmuş bir yığın əşyanın içərisində olub.
Pirs bildirib ki, kitab 20 ildən çox rəfdə qalıb.
Onun sözlərinə görə, tapılan nüsxə əla vəziyyətdədir, baxmayaraq ki, belə kitablar adətən köhnəlmiş və ya zədələnmiş şəkildə satılır.
Qeyd edək ki, “Harri Potter və Fəlsəfə Daşı”nın ilk tirajı 500 nüsxə olub. Onlardan 200-ü mağazalara, 300-ü isə ictimai kitabxanalara göndərilib.
Kitabın birinci səhifəsində karandaşla “2 funt sterlinq” yazılıb. Bu, onun kitabxanadan satıldığı qiymətdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri də Bəkir Çobanzadə küçəsidir.

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması