Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə bağlı müsabiqə elan olunub

WLMbv390XMJrcI1d2Lv81738231937

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” respublika müsabiqəsi elan edir.
Baki-baku.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin aşkar edilməsidir. Müsabiqənin şərtləri: Müsabiqədə yalnız ali professional musiqişünaslıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər.
Müsabiqəyə heç bir yerdə nəşr olunmamış, 2 – 4 çap vərəqi həcmində yeni elmi-tədqiqat işləri təqdim edilməlidir. İştirakçılar elmi işi kağızda çap olunmuş variantda (Times New Roman, 14 şrift, 1,5 interval ilə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumat (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir.
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer – 3000 manat II yer – 2000 manat III yer – 1000 manat
Тəqdim olunmuş elmi işlər 2025-ci il oktyabr ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq və Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ünvan: Xaqani küçəsi 55 Əlaqə telefonu: (012) 598 08 86

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində fevralın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması