20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq

20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. 2025−2026-cı illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, qovşağın istifadəyə verilməsi nəzərdə tutulur.