Ulu Öndərin həbsdən və təzyiqlərdən qoruduğu şair – Tofiq Bayramın 90-cı ildönümüdür

Bu gün Azərbaycan ədəbiyyatında və poeziyasında özünəməxsus yeri olan görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan olmasının 90-cı ildönümüdür.Baki-Baku.az xəbər verir ki, 1934-cü il dekabrın 16-da Bakıda dünyaya göz açan Tofiq Bayram orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. […]