Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İstiqlaldan böyük sərvət, Azadlıqdan şirin nemət yoxdur!

1918-ci il Mayın 28-də Tiflisdə imzalanan “İstiqlal Bəyannaməsi”nə Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə Azərbaycanın 44 tarixi şəxsiyyəti, istiqlal mücahidi imza atdı.