Mehriban Əliyeva Türkiyədəki yanğınla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı “Instagram” hesabında paylaşım edib.Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan […]
Türkiyədə matəm elan olunub

Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.Baki-baku.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyədə bununla bağlı matəm elan olunub.Məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.Onun sözlərinə görə, matəm bir gün davam edəcək.