İsa Bəy Aşurbəyov

İsa bəy Aşurbəyov

Soyuq, darısqal və yarıqaranlıq otaqda – bayram süfrəsi arxasında ailə üzvləri əyləşmişdilər. Neft lampası otağı zəif işıqlandırsa belə, insanların üzlərindəki kədər açıq-aydın sezilirdi. Bu il bayram həmişəki kimi dəbdəbəli keçmirdi. Ailə üzvləri divarda asılmış kəfkirli saata tez-tez nəzər salır, ənənəyə sadiq qalaraq ilin son dəqiqələrinin tamam olmasını gözləyirdilər. Birdən qapı döyüldü. Hamı təəccüblə bir-birinə baxdı: […]