Paytaxtda ictimai iaşə dövriyyəsinin 58,5 %-i hüquqi şəxslərin payına düşür

İctimai iaşə dövriyyəsinin

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, dövriyyənin həcmi 1 milyard 268,5 milyon manat olub.Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 %-ni təşkil edib.