Ötən il Bakıda 738 minə yaxın uşaq icbari dispanserizasiyaya cəlb edilib

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində icbari dispanserizasiya prosesinə cəlb edilib.Baki-baku.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.Bildirilib ki, dispanser qeydiyyatında olan uşaqlardan 7 353 (87 %) nəfəri xəstəlikdən sağalıb.