“Bakı Beton Konstruksiyaları” özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi bu ilin ilk hərracında “Bakı Beton Konstruksiyaları” MMC, eləcə də 26 nəqliyyat vasitəsi özəlləşdirilib.Baki-Baku.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.Məlumata görə, əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.6,15 milyon manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 […]