“Bakıkart” QR biletləri üzrə geri qaytarılan vəsait müvafiq hesablardan çıxılacaq

“Birbank” mobil tətbiqindən isitifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.Baki-baku.az bu barədə “Kapital Bank” ASC-yə istinadən xəbər verir.Bildirilir ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün “Birbank” mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. […]

“BakıKart” proqramı yaxın günlərdə istifadəyə veriləcək

"BakıKart" proqramı

“Yaxın günlərdə “BakıKart” proqramı istifadəyə veriləcək”.Baki-baku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.Xatırladaq ki, “BakıKart” proqramı avqustun əvvəlindən işləmir. İstifadəçilər hesablarına yüklədikləri pulların taleyindən narahatdırlar.