Bakının iki qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, bu məqsədlə mayın 13-də saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəstəlik vərəqi ilə bağlı yenilik

Mayın 1-dən “e-bülleten” sisteminə keçilir. Xəstəlik vərəqi elektron sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd olunub. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tətbiq edilən innovativ yenilik […]