Rusiya aviaşirkətinin Bakı və Gəncəyə uçuşları dayandırılıb
Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.Baki-baku.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.Məlumata görə, “Azimut” Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın […]