20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq

20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. 2025−2026-cı illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, qovşağın istifadəyə verilməsi nəzərdə tutulur.

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır

20 Yanvar

Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.Baki-baku.az xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. […]

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.Baki-Baku.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.X X XQanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri […]

Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı “Instagram” hesabında paylaşım edib.Bakı-Baku.az xəbər verir ki, paylaşımda deyilir:“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”. https://www.instagram.com/p/DFBREDngNSX/?igsh=Nmtma3NxdGd5ZWxq

20 Yanvar – Əbədi İstiqlal uğrunda Tarixi Savaşımızdır!

Hürriyyət, istiqlaliyyət hər bir xalqın mənəvi haqqı, milli sərvətidir. Onun uğrunda qan tökülür, şəhid verilir. 1990-cı ilin 20 Yanvarı xalqımızın Əbədi İstiqlal uğrunda savaşdığı, imperiyanın üzərinə yeriyib, haqq davasına qalxdığı, al-qanı ilə tarix yazdığı gündür.  Tarixi inqilablar, müharibələr, repressiyalar, texniki tərəqqilər, elmi nəaliyyətlər əsri kimi daxil olan XX əsrdə Azərbaycan xalqı üç dəfə dövlət qurdu. Hər bir dövləti milli mənlik, milli kimlik uğrunda mücadilə […]

Yanvarın 20-də metropolitenin iş rejimi dəyişdiriləcək

İş rejimi

20 Yanvar tarixində Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.Baki-baku.az “Baki Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar […]

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Şəhidlər xiyabanını ziyarət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.Baki-baku.az xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Sabah Bakıda bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə Baki-Baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, […]