Nəşr edilmişdir 04/10/2025

Paylaşın

GÜNDƏM

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub

вольной борьбе

Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Baki-baku.az xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıblar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Avstriyanın paytaxtı Vyana Avropanın ən məşhur turizm mərkəzlərindən biridir və burada restoranların və kafelərin səkilərdə fəaliyyət göstərməsi şəhər

Ən son

GÜNDƏM

Roma Papası Fransisk Böyük Məryəm Ana kilsəsində dəfn olunub.

GÜNDƏM

Roma Papası Fransisk Böyük Məryəm Ana kilsəsində dəfn olunub.