Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “A.N.Ostrovskinin anadan olmasının 200 illiyi xatirəsinə” yubiley medallarının təqdim edilməsi mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, medalları Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təqdim edib. Mükafatlar teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovskiyə, Azərbaycanın Xalq artisti Natalya Şarovskaya və teatrın direktor müavini, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi İlham Məmmədova təqdim olunub.
Qeyd edək ki, “A.N.Ostrovskinin anadan olmasının 200 illiyi xatirəsinə” medalı Rusiya ilə mədəni əlaqələrin möhkəmləndirilməsinə və inkişafına verdiyi böyük töhfəyə, rus teatr sənətinin dəstəklənməsi sahəsində səmərəli fəaliyyətinə, rus teatr sənətinin xaricdə populyarlaşdırılması istiqamətində fəal fəaliyyətinə görə verilir.
