Nəşr edilmişdir 02/03/2025

Paylaşın

GÜNDƏM

Nadir avtomobil hərraca çıxarılır

Bakibaku

“Artcurial” portalında 1989-cu ildə istehsal olunan “Isdera 036i Spyder” avtomobili satışa çıxarılıb.

Baki-baku.az xəbər verir ki, bu avtomobillərdən yalnız 14 ədəd istehsal olunub.

Hazırkı model Cenevrə avtosalonunda nümayiş etdirilib və daha sonra “İsdera” zavodunda ciddi modifikasiyalara məruz qalıb.

Qeyd edək ki, “İsdera” Almaniyada “Porsche” və “Mercedes-Benz” şirkətlərində çalışmış məşhur mühəndis və dizayner Eberhard Şults tərəfindən təsis edilib. Bu avtomobillər yalnız fərdi sifarişlər əsasında yığılıb. Müştərilərin gözləmə müddəti təxminən bir ildir. Brend bu gün də fəaliyyət göstərir.

“Isdera 036i Spyder” 1987-ci ildə 1982-ci il “033i” modelinin əlavəsi kimi təqdim edilib. Sportkar 217 at gücünə malik üç litrlik altı silindrli “Mercedes-Benz” mühərrikinə sahibdir. Lakin satışa çıxarılan nümunədə güc qurğusu dəyişdirilib, 3,6 litrlik AMG bloku qoyulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri

Ən son

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon