Nəşr edilmişdir 03/01/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası olub

“Bir dəfə Şamaxı xanlığında”, Şamaxı, Xanlığı, Teatr, Kukla Teatrı, Tamaşa

Azərbaycan Dövlət Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası olub.
Baki-baku.az xəbər verir ki, teatrın rus bölməsi üçün hazırlanan birhissəli kukla tamaşasının müəllifi Əliheydər Məmmədov, səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Səkinə Bağırovadır.
Klassik nağıl üslubunda hazırlanan tamaşa maraqlı tərtibat və musiqi həlli ilə də seçilir.
Tamaşada rolları Rauf Babayev, Afət Zülfüqarova, Araz Həsənli, Yelena Qədimova, Firuzə Nəsibli və Lina Məmmədova ifa edirlər.
Əsasən kiçik ölçülü kuklalarla hazırlanan səhnə işində təbiətə sevgi, ətraf mühitin qorunması, heyvanlarla insanların dostluğu kimi humanist vərdişlər də təbliğ olunur.
Xatırladaq ki, tamaşa teatrın yerli müəlliflərlə yaradıcı əməkdaşlığının davamı kimi hazırlanıb və bu əsər müəllifin ölkə teatrları arasında ilk yaradıcılıq aktıdır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına

GÜNDƏM

Baki-baku.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına