Nəşr edilmişdir 06/25/2025

Paylaşın

GÜNDƏM

“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər

“Kontakt Home”, Kontakt Home

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.
Baki-baku.az agentliyə istinadən xəbər verir ki, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Onu hər kəs sevirdi. “Liman”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Gəlmədin”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə başqa

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb