Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/16/2025

Paylaşın

GÜNDƏM

“Formula 1” “Sea Breeze”dəki süni adada keçirilə bilər

IMG-20250516-WA0025

“Formula 1″in Azərbaycan mərhələsi “Sea Breeze” kurortunun bir hissəsi kimi yaradılacaq od şəklində süni adaya köçürülə bilər.
Baki-baku.az xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov “Rusiya – İslam Dünyası: Kazanforum 2025” Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı deyib.
“Bu ideya Azərbaycan Prezidenti tərəfindən dəstəklənir”, – deyə Emin Ağalarov qeyd edib.
Ağalarov qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq. Onlardan birincisi, aypara şəklindədir və artıq iş gedir.
İş adamının sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.
Xatırladaq ki, Bakı “Formula 1” yarışlarına 2017-ci ildən ev sahibliyi etməyə başlayıb.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng"lə bağlı xəbardarlıq edib.