İblis və...

İBLİS və… Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında fəlsəfi-dekonstruktiv metadram
XX yüzilliyin başlanğıcı ümumdünya sоsial inqilablar dövrü оlmuşdur. Azərbaycan ədəbiyyatında rоmantik təfəkkür fоrması da məhz bu dövrdə meydana çıхaraq, güclənib fоrmalaşmışdı.
Azərbaycan şairi, yazıçı və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının banisi, əsas nümayəndəsi olan Hüseyn Cavid dramaturgiyası ani süjetlər, ötəri konfliktlər əsasında deyil, qlobal, kosmik, universal ideyalar əsasında qurulmuşdur. XX əsr Azərbaycan romantizminin ən parlaq nümayəndəsi olan H.Cavidin dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdı. Onun fəlsəfi və tarixi faciələri, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərərək bir vaxtlar “Cavid teatrı”nın yaranmasına və bu istiqamətdə inkişaf edib dərinləşməsinə səbəb olmuşdur.
Akademik Milli Dram Teatrı

İblis və...

Məkan

Təsvir