Palata

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, “Palata” Dünya şöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən: Bəhram Osmanov) tamaşası oynanılacaq.
Janr etibarilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanın plastik həlli teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyevə aiddir. Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin əks olunduğu səhnə əsərində hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur. Pantomim hərəkətlərinin istifadə edildiyi bu tamaşada, əslində, real həyatda baş verən neqativ hadisələr sətiraltı ifadələrlə vurğulanır və nəticədə bəzən ağıllı, tədbirli insanların öz layiqli yerində olmadığı, əksinə, alçaldılaraq dəli yerinə qoyulduğu obrazlı şəkildə təqdim olunur.

Palata

Ünvan

Ünvan: Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan
Əlaqə: +994 12 598 49 17

BILET

Biletləri teatrın kassasından və ya www.iticket.az saytından əldə edə bilərsiniz.

Məkan

Təsvir