Yeni quruluşda rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov.
Qeyd edək ki, bu əsər Musiqili Teatrda 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını!” adı altında oynanılıb.
Səhnə əsərinin süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.