BMT-nin Baş Katibi Antonyo Quterreş: “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!”
Üzərinə aldığı bütün vəzifələrin öhdəsindən uğurla gələn, tarixdəki yerini və rolunu gerçəkləşdirdiyi genişmiqyaslı beynəlxalq layihələr, humanitar form, simpozium və konfranslarla müəyyənləşdirən Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin iradəsi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən COP 29 konfransına da uğurla ev sahibliyi etdi. BMT-nin Baş katibinin, 80-dən çox ölkənin prezidentinin, vitse-prezidentinin, baş nazirlərin, nazirlərin, 72 mindən artıq vətəndaşın iştirak etdiyi bu möhtəşəm tədbirdə dünyanın qlobal problemləri müzakirə olundu, onun həlli yolları müəyyən edildi.
Hər günü bir dastan olan 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP 29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin marağına səbəb oldu.
Artıq tarixə çevrilən COP 29-un açılış mərasimindən tutmuş, ilk iş gününə qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlməsi, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda məsuliyyətli vəzifəni dünyanın 80 ölkəsindən gələn liderlərin üzərinə alması COP 29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk gündən sübut etdi. Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 min nəfərin iştirak etdiyi iqlim fəaliyyəti ilə bağlı sammit dünyanı narahat edən bu məsələnin həlli yollarının müəyyənləşməsinə təkan verəcək amillərdən olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların, ümumiyyətlə bank sektorunun aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsaiti ayırmağı üzərinə alması da sammitin yadda qalan məqamlarından oldu.
Zərərlər fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdəndi. ABŞ, Çin və Azərbaycan metan sammitində bu ölkələrin tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Sammit çərçivəsində ABŞ, Çin və Avropa Birliyi bu sahədə mühüm öhdəliklərini diqqətə çatdırdılar. Kiçik Ada dövlətləri üçün dəstək layihəsinin liderlər tərəfindən gündəmə gətirilməsi, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP 29 çərçivəsində Kiçik Ada dövlətlərinin rəsmilərinin qaldırdıqları problemlərin diqqətə alınması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı. İqlim və səhiyyə davamlılığı komissiyası ÜST və COP 29-dan COP 30-a qədərki prezidentliklərinin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiq edən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkilik, şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini qeyd etdilər. Sammit çərçivəsində ayrıca maliyyə, investisiya və ticarət gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi. 10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə alması, Asiya İnkişaf Bankının buzlaqların qorunması üçün ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının Yaşıl Dünya üçün, Kanadanın İqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP 29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi. Bakı iqlim maliyyəsi təşəbbüsünün COP 29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa günün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyən edilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, inkişaf maliyyə institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm günü çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı. 50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP Atəşkəs çağırışına dəstək verməsi Bakı Sülh və Bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində Elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, COP 29 Yaşıl Rəqəmsal Bəyannaməni imzalaması COP 29-un onuncu günü Kənd təsərrüfatı, təbii məhsulların istehsalı məsələlərinin təhlilə cəlb olunması, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsinin aparılması, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirlərinin diqqətə çatdırılması, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının ümumi məqsədlər naminə dünya dövlətlərinin ortaq dəyərlərə töhfəsinə bağlı olduğunu sübut etdilər.