Nəşr edilmişdir 01/17/2025

Paylaşın

GÜNDƏM

Binəqədidə nöqsan aşkarlanan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Şadlıq sarayının fəaliyyəti dayandırılıb

Bakının Binəqədi rayonunda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlik əməkdaşları Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən “Üzeyir” şadlıq sarayında yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin emal prosesində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların mövcud olmadığı, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda 4 dildə ən

Ən son

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu