Nəşr edilmişdir 09/30/2024

Paylaşın

GÜNDƏM

Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır

“Biletim.az” portalı vasitəsilə Bakıdan Şəmkir, Beyləqan və Gədəbəy rayonunun Novoivanovka kəndinə onlayn biletlər satışa çıxarılır.

“BakıBaku” Oxu.az-a istinadən  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, portala daha əvvəl mövcud olan Bakı-Kürdəmir, Bakı-Siyəzən və Bakı-İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.

“Beləliklə “biletim.az” portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir”, -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Poçt markası müasir bir insan üçün çox adi bir şeydir. Bəs poçt markalarının nə vaxt və nə üçün

Ən son

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək