Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya sexinin ərazisində baş verən yanğın təxminən 3500 kv.m. ərazini əhatə edib.
“BakıBaku” APA-ya istinadən xəbər verir ki, bunu FHN-in DYMX-nin xidmət rəisinin müavini Taleh Babayev deyib.
Bildirib ki, boya sexinin ərazisində boya çənləri, qatqı materialları, plastik qablar yanıb.
Qeyd olunub ki, bu gün 13.32-də boya sexində baş verən yanğınla bağlı hadisə yerinə 12 yanğınsöndürmə avtomobili cəlb olunub. 4 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb və yanğına müdaxilə olunub.
Baxış sayı: 18