Nəşr edilmişdir 09/28/2024

Paylaşın

GÜNDƏM

Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib

FF2C31B2-B0E8-4E2A-90B1-15B373469F38

BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə Bakı və Düşənbə arasında ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

“BakıBaku” Report-a istinadən xəbər verir ki, bu barədə C.Bayramov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz ölkələrimiz arasında qardaşlıq, dostluq, ümumi tarixi və mədəni əlaqələrə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın perspektivlərini müzakirə etdik”, – paylaşımda bildirilib.

Öz növbəsində Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti iki ölkənin təşəbbüslərinin, o cümlədən beynəlxalq arenada su və iqlim məsələləri üzrə mütəmadi olaraq dəstəklənməsinin müsbət təcrübəsini qeyd edib:

“Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə mövcud olan əlaqələr kompleksinin mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Nazirlər, həmçinin COP29-a hazırlıq prosesinin vacibliyini vurğulayıblar”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Poçt markası müasir bir insan üçün çox adi bir şeydir. Bəs poçt markalarının nə vaxt və nə üçün

Ən son

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək